Gəncə şəhərində yeraltı fayton yollarının muzey kimi bərpası planlaşdırılır. Bu istiqamətdə aparılan tədqiqat işləri nəticəsində artıq bütün yeraltı yolların xəritəsi hzırlanıb.
Gəncə Regional Elmi Mərkəzin rəsmisi Samir Pişnamazzadənin SİA-nın Gəncə bürosunun müxbirinə verdiyi məlumata əsasən, yuxarıda adıçəkilən qrumun Arxeologiya və Etnoqrafiya şöbəsində tunellərdə tarixi muzey yaradılması üçün lazımı inventarlar, eləcə də əşylar artıq toplanılıb. Aparılan araşdırmaların nəticələrinə görə, ölkənin ikinci böyük şəhərində kifayət qədər yeraltı yollar movcuddur. Bu da şəhərin strateji mövqeyindən irəli gəlib. Yadellilərin Gəncəyə hücumları zamanı yerli əhalini qorumaq üçün bu yollar strateji əhəmiyyət daşıyıb.
İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB