Yunanıstan, İtaliya və Albaniya arasında Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisinə dair hökumətlərarası saziş bu il fevralın 13-də Afinada imzalanacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos bildirib. Nazir bunu Münhen təhlükəsizlik konfransının kuluarlarında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib.
Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB