Neft ucuzlaşıb

Yanvarın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,45 dollar və ya 0,5% artaraq 1 barelə görə 97,49 dollar olub. SİA-nın xəbərinə görə, yanvarın 31-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,6% artaraq 115,55 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə