300-dən çox yeni sayğac quraşdırılıb

300-dən çox yeni sayğac quraşdırılıb

"Ağdaş" Elektrik Şəkəbə (EŞ) Müəssisəsi üzrə 2012-ci ildə 3,5 kilometr (km) on kilovoltluq (kV) 15 km 0,4 kV-lik elektrik verilişi xətti, müxtəlif gücə malik 25 transformator əsaslı təmir edilib. Bununla yanaşı, 13,3 km 10 kV-lik, 45 km isə 0,4 kV-lik elektrik verilişi xətti və 32 transformator cari təmir olunub. "Azərenerji"ASC-dən SİA-ya verilən məlumata görə, ötən il fərdi abonentlərə 300-dən çox yeni sayğac quraşdırılıb, zədələnən 469 sayğac isə yenisi ilə əvəzlənib.

Cari ildə 10-0,4 kilovoltluq şəbəkələrin yenidən qurulmasına başlanılacaqdır. Asiya İnkişaf Bankının dəstəyi ilə Kükəl kəndi ərazisində yeni tikilən 220 kV-lik regional yarımstansiyada son tamamlama işləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə