"Azərbaycanda daşınan nömrələr layihəsinin (Mobile Number Portability) tətbiqinə bu ilin aprel ayından başlanılacaq". SİA-nın verdiyi xəbərə görə bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, layihənin icrasında ləngiməyə səbəb mobil rabitə operatorlarının hamısının buna tam hazır olmamasıdır: "Layihənin tətbiqi üçün yalnız mobil rabitə operatorları deyil, fiks olan sabit operatorlar da buna hazır olmalıdır və onların texnoloji baxımdan tam hazır olmaması bu layihənin tətbiqini gecikdirir".
Nazir qeyd etdi ki, qısa zaman ərzində prosesə start veriləcək: "Layihənin tətbiqi hər ay baş verə bilər və layihəyə aprelin 1-dən gec olmayaraq başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB