Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı yekun qərar qəbul edildi. SİA-nın anspress-ə istinadən verdiyi məlumata görə, aprelin 1-dən "Qazprom"un 1000 kubmetr qazı Ermənsiatana 180 dollar əvəzinə, 240 dollara satılacaq. Bunu "Joxovurd" qəzeti də təsdiq edib.
"Bizim məlumatımıza görə, müvafiq razılaşma artıq hazırlanıb. Onun ancaq rəsmi dərci qalıb. Yəqin ki, o Ermənistandakı prezident seçkisindən sonra dərc ediləcək. Şayiələrə görə, qazın qiymətindəki artım bir müddət "ArmRosqazprom"un əlavə mənfəətinin hesabına yüngülləşdiriləcək. Seçkiidən bir ne,ə ay sonra isə qazın qiyməti istehlakçılar üçün də artacaq. Ermənistanın energetika naziri isə qazın tarif planında hələ konkretlik olmadığını iddia edir və danışıqların başa çatmadığını deyir".
Bu arada Ermənistan mətbuatı ölkənin energetika və təbii resurslar naziri Armen Mosisyanın postu ilə vidalaşacağı barədə məlumat yayıb. O, seçkidən sonra yeni hökumətin tərkibinə daxil edilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB