Havaların soyuması ilə əlaqədar Fövqəladə Hallar Hazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejminə keçib. İdarədən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Göygöl rayonunda əhalinin maarifləndirilməsi məqsədilə rayonun 200-dən artıq sakinin evinə baxış keçirilib. Sayğacdan sonra xətlərin rezin boru ilə çəkilməsi halları irad kimi tutulub. Əsas məqsəd qazdan təhlükəsiz şəkildə istifadəni təmin etməkdir. Reyd zamanı sakinlər mavi yanacaqdan düzgün istifadə ilə bağlı əhali maarifləndirilib. Tədbirlərin başqa rayonlarda da keçirilməsi nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB