Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın bəndlərinin icrasını təmin etmək məqsədilə nazir Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları" təsdiq edilib, həmçinin informasiya azadlığı üzrə məsul şəxs təyin olunub.
Nazirlikdən SİA-ya verilən məlumata görə, təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti, informasiya sahibi kimi nazirliyin vəzifələri və s. məsələlər əhatə edilib.
Qaydaların təsdiq edildiyi əmr və qaydaların tam mətni ilə saytın müvafiq bölməsində tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB