"Siyəzən" Elektrik Şəbəkə (EŞ) Müəssisəsində təmir-bərpa işləri həyata keçirilib. Enerji təchizatında yaranması ehtimal edilən hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə xidməti ərazilərdə olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) işlər davam etdirilir. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, ötən il şəbəkənin balansına aid olan Eynibulaq, Daşlı Calğan, Böyük Həmyə, Məşrif kəndlərində komplekt transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri aparılıb. Bundan əlavə, 10, 6 və 0,4 kilovoltluq hava EVX-lərin ümumilikdə 33 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri yerinə yetirilib, eyni gərginlikli xətlərin ümumilikdə 12,7 kilometrə yaxın hissəsi dəyişdirilib və s. tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB