TAE layihəsində sədrlik Azərbaycana keçdi

TAE layihəsində sədrlik Azərbaycana keçdi

Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı layihəsində sədrliyin 2013-2015-ci illər ərzində Ukraynadan Azərbaycana keçməsini rəsmən təsdiqləyən protokol imzalanıb. SİA-nın məlumatına görə, iştirakçı dövlətlər Azərbaycanın layihədə sədrliyini dəstəklədiklərini bildiriblər. Azərbaycan tərəfi qloballaşma və daim artan tələblər nəzərə alınmaqla TAE-nin səmərəliliyinin gələcəkdə artırılması üçün çalışacağını bəyan edib.

Qeyd edək ki, Azərbaycanın TAE-də sədrlik məsələsi layihənin idarə edilməsi üzrə komissiyanın ötən ilin noyabrın 7-8-də Bakıda keçirilən 21-ci iclasında müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə