Sankt-Peterburqda (Rusiya) dünyanın məşhur Apple şirkətinin banisi Stiv Cobsun şərəfinə ucaldılan abidənin açılışı olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, hazırlanmasında müasir texnologiyaların istifadə olunduğu iPhone 4 smartfon modeli şəklində olan şüşə və dəmirdən ibarət interaktiv heykəltəraşlıq əsəri Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları Tədqiqatı Universitetinin texnoloji parkının ərazisində yerləşir.
Hündürlüyü 188 santimetr təşkil edən heykəlin müəllifi Qleb Tarasovdur. Ön paneldə yerləşən sensorlu interaktiv ekranda S.Cobsun tərcümeyi-halı, onun haqqında fotoşəkillər və videolar göstərilir. Heykəlin arxa tərəfində yer alan QR-kodu istifadəçilər mobil qurğular vasitəsilə oxumaqla Apple-ın keçmiş rəhbərinin həyatına həsr edilən sayta daxil olmaq imkanı əldə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB