Azərbaycanda kredit təşkilatlarının portfeli azalıb

Azərbaycanda kredit təşkilatlarının portfeli azalıb

2012-ci ilin 31 oktyabr tarixinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 30 kredit təşkilatının mikrokredit portfelinin həcmi təxminən 765 milyon ABŞ dolları olub. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının "Mikrokredit portfeli üzrə Hesabat"ında deyilir.

Ötən ilin analoji dövrü ilə müqayisədə kredit təşkilatlarının mikrokredit portfeli 25% artıb. Belə ki, 2011-ci il oktyabr ayının yekunlarına görə, mikrokredit portfeli 613 milyon ABŞ dollar təşkil etmişdi.

Hazırda təşkilatların aktiv müştərilərinin sayı isə təxminən 450 minə yaxındır, bunun 28%-i qadın müştərilərdir.

Mikrokreditlər üzrə riskdə olan portfel isə ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalaraq 3%-dən 1%-ə enib. Başqa sözlə, kredit təşkilatlarının mikrokredit portfelinin riskdə olan məbləği 18,4 milyon manatdan 7,65 milyon manata geriləyib.

İndiyədək kredit təşkilatları tərəfindən müştərilərə 2 milyard 675 milyon ABŞ dolları həcmində mikrokredit verilib.

Qeyd edək ki, hazırda 10 bank və 20 bank olmayan kredit təşkilatı mikrokreditlərin verilməsilə məşğul olur. Hesabat 100 - 20,000 ABŞ dollarına qədər olan kreditləri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə