"Bakıda üçulduzlu hotellərin inşasına diqqət yetiriləcək. Bununla belə, verilən xidmətlərin müxtəlifliyi təmin edilməlidir". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbüfəs Qarayev jurnalistlərə deyib.
Nazir bildirib ki, hazırda beş və dördulduzlu hotellərin sayı kifayət qədərdir: "Onlar hazırda tam gücü ilə işləyirlər. İndi isə biz daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlayacağıq. Gələn ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir".
Ə. Qarayev onu da qeyd edib ki, 2015-ci ilədək Şahdağ Yay-Qış Turizm Kompleksi tam gücü ilə işləyəcək: "Artıq bu yaxınlarda ölkə Prezidentinin iştirak ilə bu kompleksin birinci mərhələsinin açılışı olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB