Artıq qış fəsilinin ölkəmizə qədəm qoyması hazırlıq işlərinin hansı səviyyədə qurulmasına suallar yaradır. Bu məqsədlə İmişli rayonunda qış fəsilində havaların kəskin dəyişəcəyi təqdirdə əlaqədar təşkilatların hansı tədbirlər görməsi ilə maraqlandıq. SİA-nın Aran bürosuna məlumat verən İmişli rayon icra hakimiyyəti başçısının I müavini Səfa Ağayev bildirdi ki, rayonun mərkəzində yaşayan sakinlərin mənzillərini qızdırmaları üçün yeni qaz xəttləri çəkilərək istifadəyə verilib.
Həmin yeni xəttlər vasitəsi ilə mənzillərə qazın verilməsi demək olar 100% təmin olunub. Qaldı ki, İmişlinin 47 kəndinə hər yerdə olduğu kimi ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən əhalinin mavi yanacaqla təmin edilməsi məqsədi ilə xəttlərin çəkilişinə artıq başlanılıb. Rayonumuzda dövlət proqramı çərçivəsində su və kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq əvvəlki borular vasitəsi ilə əhalimiz içməli su ilə təmin olunur. Sevindirici haldır ki, İmişlidə artıq əhali dayanıqlı elektirik enerjisi ilə təmin olunur. Rayonun mərkəzində yerləşən məktəblərdə, uşaq bağçalarında qazanxanalar quraşdırılıb və müasir istilik avadanlıqlarından istifadə olunur. Kənd məktəblərini isə qızdırmaq üçün maye yanacağı ilə işləyən xüsusi sobalardan istifadə edilir. Qar yağacağı təqdirdə yolların təmizlənməsi üçün texnikalar artıq hazır vəziyyətə gətirilib. Hal hazırda İmişlidə qışa hazırlıq başa çatdırılıb və havaların kəskin pisləşməsi zamanı baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə zəruri tədbirlərin görülməsi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin şəxsi nəzarətindədir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB