Siyəzəndə 4 yeni obyektin açılısı olub

Siyəzəndə 4 yeni obyektin açılısı olub

Siyəzən rayonunda bir sıra obyektlərin açılışı olub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Tağay kəndinə təbii qaz verilib. Təbii qaz verilişi ilə bağlı keçirilən təbdirdə rayon rəhbərliyi, idarə və təşkilat nümayəndələri, qaz çəkilişini həyata keçirən icraçı şirkət rəhbərliyi və kənd camaatı iştirak edib.

Kənddə bu vaxta kimi mavi yanacaq olmayıb. Kəndin qaz təchizatının normal bərpası üçün müasir qaz tənzimləyici şkaflar qoyulub. Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, bütün bölgələrdə olduğu kimi bu rayonun enerji daşıyıcıları ilə failəsiz təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Rayon icra hakimiyyəti başçısı sakinləri təbrik edərək, 77 abonenti olan kəndə təbii qaz verilişinin bərpasını bayram hədiyyəsi kimi dəyərləndirib.

Rayon sakinləri adından dövlət başçısını ad günü münasibətilə təbrik edən Arif Qasımov rayona göstərdiyi diqqət və qayğıya görə, minnətdarlığını bildirib. Qeyd edilib ki, qış mövsümdə Tağay kəndində təbii qazın verilməsi xüsusi önəm kəsb edir.

Digər çıxış edənlər də vurğulayıblar ki, rayonun yaşayış məntəqələrindən olan kənddə bu vaxta qədər yanacaqdan və elektrik enerjisindən istifadə edib. Yaşayış məntəqəsi mavi yanacaqla ilk dəfə təmin olunduğundan sakinlər təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Sonda kəndə mavi yanağın verilməsini əks etdirən rəmzi məşəl yandırılıb. Tədbir iştirakşıları kənd sakinlərinin evinə baş çəkərək mavi yanacağın verilməsində iştirak ediblər.

Siyəzən rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasının, eləcə də ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin tikintisinə start verilib. Tədbirlər çərçivəsində Siyəzən şəhər ümumi internat məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.

Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, 130-dan çox şagirdi olan bu məktəb əvvəl çox yararsız vəziyyətdə olub. Bu təhsil ocağında əsaslı təmir və yenidənqurma işləri qısa vaxt ərzində, yüksək standartlara uyğun şəkildə başa çatdırılıb. Digər çıxış edənlər də dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Sonra ayrı-ayrı sinif otaqları ilə tanışlıq olub, yaradılan şərait yüksək qiymətləndirilib.

Sinif otaqlarında şagirdlərin təhsil almaları üçün lazımi şərait yaradılıb. Məktəbdəki sinif otaqları, fənn kabinetləri və laboratoriyalar müasir avadanlıqla təchiz edilib. Məktəbdə yeni və müasir istilik sistemi quraşdırılıb.

Emin Kərimov, Siyəzən

Bütün xəbərlər Facebook səhifəmizdə