Nəsimi rayonunda yeni obyektlərin açılışı olub

Nəsimi rayonunda yeni obyektlərin açılışı olub

Bu gün Nəsimi rayonunda yeni park və idman meydançasının açılış mərasimi keçirilib. Açılış mərasimində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkillərindən Ziyad Səmədzadə, Ülvi Quliyev və Asim Mollazadə iştirak ediblər.

Yüzlərlə rayon sakininin və idmançıların da iştirak etdiyi tədbirdə yeni park haqqında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev dövlət başçısının tapşırığı ilə son illərdə rayonda həyata keçirilən təmir-abadlıq işlərindən danışıb. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi ilə əlaqədar olaraq Nəsimi rayonunda salınan idman meydançasında idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün hər cür şərait var. İdman meydançası ən müasir işıqlandırma sistemi, 500 nəfərdən artıq tamaşaçı tutumu olan tribunalar və lazımı avadanlıqlarla təmin olunub. İdman meydançasının yaxınlığında 1 ha ərazini əhatə edən parkda geniş yaşıllıq zolaqları yaradılıb, 1500-dən artıq ağac, gül kolları, dekorativ kollar, 3000 kv.m artıq sahəyə qazon əkilib, 2500 kv.m əraziyə isə daş plitələr döşənib.

Gənclər və İdman Naziri Azad Rəhimov yeni açılan idman meydançasınının vacibliyindən danışaraq yerli sakinləri təbrik edib. Həmçinin parka yaxın ərazidə yerləşən 20 Yanvar 19 b saylı binanın həyətində abadlıq işləri aparılıb.

Samir Feyruzov

Bütün xəbərlər Facebook səhifəmizdə