Almaniyada Adolf Hitlerin 1935-ci ildə ictimai nəqliyyatla bağlı qoyduğu qadağa ləğv olunacaq. SİA-nın məlumatına görə, Almaniya parlamentinin qəbul etdiyi qərara əsasən gələn ilin ilk günündən özəl avtobus firmaları ictimai nəqliyyat sahəsində fəaliyyət göstərməyə başlayacaq. Məlumata görə, 200 avro ödəyərək lisenziya alan və müəyyən edilmiş keyfiyyət meyarlarına cavab verən hər firma bu haqdan istifadə edə biləcək.
Xatırladaq ki, Adolf Hitler 1935-ci ildə ölkədə dəmiryolu nəqliyyatını gücləndirmək məqsədilə avtobusların bu sahədəki fəaliyyətinə məhdudiyyət qoymuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB