İpoteka kreditləşməsinin həcmi artırılacaq

Elman Rüstəmov: "İpoteka kreditləşməsinin şərtlərinin dəyişdirilməsi üzrə qərar 2013-cü ildə qəbul ediləcək"
İpoteka kreditləşməsinin həcmi artırılacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ildə ipoteka kreditləşməsinin həcminin artırılmasını gözləyir. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"2013-cü ilin büdcəsində sosial ipoteka üçün maliyyələşdirilmə ikiqat artırılıb ki, bu da çox vacibdir. Mərkəzi Bank həmçinin, kommersiya ipotekasının həcminin artırılmasına dair tədbirlər görür və gələn il ipoteka üçün ümumi büdcənin 100 milyon manat təşkil edəcəyini gözləyirik. Bunlar ipoteka kreditləri üçün bütün tələbatı ödəməyə imkan verəcək. Həmçinin digər mənbələrdən vəsaitlərin cəlb edilməsi üzrə əlavə işlər aparılır. İpoteka kreditləşməsinin şərtlərinin dəyişdirilməsi üzrə qərar 2013-cü ildə qəbul ediləcək", deyə E.Rüstəmov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə