İki yeni stansiya istismara veriləcək

İki yeni stansiya istismara veriləcək

"Gələn ilin sentyabrınadək Bakı Metropoliteninin iki yeni - "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyasının istismara veriləcəyi planlaşdırılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, indi stansiyaların ərazilərindən köçürülmə prosesi həyata keçirilir. Ancaq bu proses çox çətin (məhkəmələr vasitəsilə) gedir, buna görə stansiyaların istismara verilməsi ləngiyə bilər.

Qeyd edək ki, Metropoliten 2016-cı ilədək "Həzi Aslanov-2", "Köhnə Günəşli" və "Təzə Günəşli" stansiyalarını açmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə