2013-cü ilin əvvəlindən ictimai nəqliyyatda (avtobuslarda) kart ödəniş sisteminin tətbiqini gerçəkləşdirəcək. Artıq dekabr ayının sonlarına yaxın bir neçə avtobusda kart sistemi işə salınacaq.
Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında bunu təsdiqləyib, bildirib ki, əvvəlcədən qərara alınıb ki, kart ödəniş sisteminə keçid üçün bir neçə pilot marşrut seçilsin: "Kart sisteminin bir xəttin avtobusunda deyil, bir neçə xətdə işləyən nəqliyyat vasitələrində yoxlanılması nəzərdə tutulur".
Lakin nazirlik rəsmisi həmin marşrutların nömrəsini açıqlamayıb. Modern.az-a daxil olan məlumata görə, bu marşrutlardan biri 93 nömrəli xətt olacaq. Sabunçu qəsəbəsindən Avtovağzala işləyən marşrutu bu yaxınlarda bağlamışdılar. Amma onun yenidən işə salınması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB