Qeyri-neft məhsullarının ixracı 1283,8 milyon dollar təşkil edib

Qeyri-neft məhsullarının ixracı 1283,8 milyon dollar təşkil edib

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 150 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Xarici ticarət dövriyyəsi 36037,7 milyon ABŞ dolları təşkil edib, onun 7661,8 milyon dolları idxalın, 28375,9 milyon dolları ixracın payına düşüb, 20714,1 milyon dollarlıq müsbət saldo yaranıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, qeyri-neft məhsullarının ixracı 1283,8 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-oktyabr aylarının səviyyəsini 9,5 faiz üstələyib.

Xarici ticarət əməliyyatlarının 83,8 faizi İtaliya, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, İsrail, Fransa, Almaniya, Hindistan, İndoneziya, Çin, Tayvan (Çinin əyaləti), Yunanıstan, Böyük Britaniya, Çexiya, Gürcüstan, Bolqarıstan, Ukrayna, Xorvatiya və İraq dövlətləri, qalan 16,2 faizi isə digər ölkələrlə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə