Bu gün "Aztelekom" İstehsalat Birliyində (İB) rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib ki, qurum ölkənin bütün regionlarının rabitə və informasiya texnologiyalarını təmin edir.
O bildirib ki, bu il üçün 2000 km-dən artıq fibrobtik kabel çəkilib: "Bu həm regionlarda rabitənin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir, həm də yerlərdə genişzolaqlı internetin inkişafına təkan verir. Fibrobtik kabel dünyanın ən son nailiyyətlərindən biridir. Regionda internetə tələbat artmaqdadır. Hazırda Azərbaycanın regionlarında genişzolaqlı internet istifadəçilərinin sayı 102 min təşkil edir, halbuki bu ilin əvvəlində istifadəçilərin sayı cəmi 20-25 min olub".
"Hazırda 7 özəl provayderlərin işinə kömək göstərilir və xalqımızın internet istifadəsinə öz töhfələrini verirlər. Prezindet İlham Əliyevin göstərişi ilə hər bir kənddə və evdə internet olmalıdır. Qurumumuz da bu strategiyaya sadiq qalaraq işini davam etdirir".
M. Məmmədov onu da qeyd edib ki, son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafını qeyd edirlər: "İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib".
Tədbirin davamında bu sahədə çalışanlarla bölgələr üzrə olmaqla canlı bağlantı yaradılaraq təbrik edilib. Bu sahədə fərqlənən işçilərə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin diplomları və pul mükafatları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB