Bu nömrəli avtobusları gözləməyin SİYAHI

Bu nömrəli avtobusları gözləməyin SİYAHI

Həmişə adətimiz üzrə basabasla mindiyimiz, gecikəndə gileyləndiyimiz, son zamanlar isə bir-birini təkrarlayan və əlavə nəqliyyat yükü yaradan bəzi marşrut xətləri bağlanılıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bağlanan marşrut xətlərinin siyahısı artıq tam hazırlanıb. Bunlar aşağıdakılardır: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.

Qeyd edək ki, ən çox ixtisar mikrorayonlara doğru hərəkət edən avtobus xətləri arasında edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə