Azərbaycanın ilk milli telekommunikasiya peyki 17 mln. ABŞ dolları məbləğində sığortalanıb. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. O bildirib ki, peyk çox keyfiyyətlidir və artıq orbitə buraxılması üçün hazırdır: "Hər hansı bir qəza baş verərsə, sığorta şirkəti bunu tam ödəyəcək. Belə ki, Azərbaycan öz peykini 100% sığortalayıb. Peyki ABŞ-ın "Marsh" şirkəti sığortalayıb. Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü il fevralın ilk ongünlüyündə, yer səthinin müşahidə peykinin 2014-cü ildə, ikinci telekommunikasiya peykinin isə 2016-cı ildə buraxılması planlaşdırılır. Peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcək".
Nazir onu da qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinə rəqəmsal televiziya siqnallarının qəbulu üçün dekoderlərin pulsuz veriləcəyi ehtimal edilir: "Hazırda bu məsələ baxılma mərhələsindədir və yekun qərar hələlik qəbul edilməyib. 2013-cü ildə analoq formatdan rəqəmsal yayıma tam keçid gözlənilir".
Qeyd edək ki, Azərbaycanda rəqəmsal televiziyaya keçid analoq siqnalın rəqəmsal siqnalla əvəz edilməsini nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB