"Sığorta şirkətlərinin lazımı vəsaitə malik olması vacibdir"

"Sığorta şirkətlərinin lazımı vəsaitə malik olması vacibdir"

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı Dünya Bankı ilə birgə "İstehlakçıların müdafiəsi və maliyyə savadlılığının artırılması komponentlərinin icrasına başlanması üzrə seminar" öz işinə başlayıb. Seminarda Mərkəzi bankın baş direktoru Rəşad Orucov, Dünya bankının ölkə üzrə meneceri Larisa Leşçenko, İsveçrə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Sabin Ulman Şaban, bank və sığorta sektorunda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak edib.

İki gün davam edəcək tədbirdə istehlakçıların hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılmasına dair Mərkəzi Bank və digər dövlət təşkilatlarının nümayəndələri, həmçinin Dünya Bankının ekspertləri tərəfindən təqdimatlar keçirilib. Dövlət sığorta nəzarəti xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirilib ki, istehlakçı hüquqlarının qorunmasında və müdafiə olunmasında banklar və sığorta şirkətləri mühüm rol oynamalı, müəyyən tədbirlər çərçivəsində qanun pozuntularının qarşısı alınmalıdır: "Günümüzdə istehlakçıların hüquqlarının qorunması və müdafiə olunması önəmli məsələdir. Bu kimi fəaliyyətlərin olması üçün ilk öncə sığorta şirkətlərinin lazımı vəsaitə malik olması vacibdir".

Qeyd olunub ki, bu istiqamətdə müəyyən tədbirlər keçirilib, lakin hələ də yeni inkişaf mərhələlərinin keçirilməsinə ehtiyac var.

Seminar istehlakçıların hüquqlarının qorunması və müdafiəsi sahəsində məruzələrin dinlənilməsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə