“III Qaradəniz ticarət və investisiya forumu” keçirilib

“III Qaradəniz ticarət və investisiya forumu” keçirilib

Bu gün Bakıda "III Qaradəniz ticarət və investisiya formu" keçirilib. Forumda Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, TUSKON-un sədri Rıza Numeral, TUSİAB-ın sədri Murad Bakır, KEYPA-nın icraçı rektoru Kril Tretiak, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Mehman Mehmanov, hər iki qardaş ölkənin iş adamları və təmsilçi firmaların nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq TUSKON-un fəaliyyətinə dair video çarx nümayiş olunub. Rıza numeral bildirib ki, 2010-cu ildə Trabzonda, 2011-ci ildə Arnavudda, 2012-ci ildə isə gerçəkləşən bu formda iş adamları, yüksək səviyyəli iqtisadiyyata malik olan şirkətlər bir araya toplaşıb: "Bu form sayasəində həm iş adamları, həm şirkətlər həm də ölkə olaraq müəyyən inkişafa sahib oluruq və yeni investisiya qoyuluşlarına yardım edirik. Qaradəniz bölgəsinə qoyulan investisiyalar sayəsində bir sra ölkələrin iqtisadiyyatı əsalı şəkildə inkişafa doğru addımlayır".

TUSİAB-ın 18 ildir kiŞ, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Murad Bakır qeyd edib ki, ölkə qurucusu cənab Heydər Əliyrvin şirkətin inkişafına təkan verməsi nəticəsində uğurlu siyasət aparılıb: "Bu inkişafın nəticəsində Azərbaycan və Türkiyə iş adamları ticarət və inşaat başda olmaqla əsaslı və vacib işlərə imza atıblar".

Mehman mehmanov Azərbaycan və Türkiyə arasında yüksəlişə doğru irəliləyən münasibətdən danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyə nail olduqdan sonra ölkənin sənayesinə, ümumilikdə isə iqtisadiyyatına investisiya qoyuluşları edən ilk ölkə məhz Türkiyə Respublikası olub: "Azərbaycan Sahibkarlar Konfederasiyası da iki qardaş ölkənin iqtisadi sahədə inkişafına xüsusi diqqət yetirir, Azərbaycan və Türkiyə iş adamlarının görüşməsinə, investisiya sahəsindəki qoyuluşların müzakirəsinə şərait yaradır".

Hər iki ölkənin bir çox sahələrdə, o cümlədən xüsusilə iqtisadiyyat sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayan Ziyafət Əsgərov qeyd edib ki, bundan sonra da hər iki tərəf ölkələrin birgə iqtidasi tərəqqisinə, xalqların birliyinə dəstək olmalıdır.

Cənab Cəmil Çiçək deyib ki , bu kimi forumlarda ölkələrin öz güclərindən və imkanlarından istifadə etməsi önəmlidir: "Vaxtıkən bir birinə qarşı olan bu ölkələrin indi nələrə qadir olduqlarını və inkişaf səviyyələrini nümayiş etdirmələri vacibdir. Gərəkli uğurlar əldə olunub , ama hələdə əldə edilməsi vacib olan nəaliyytlər irəlidədir. Biz biyasətçi olaraq iş adamlarımızın bir araya gələrək yeni addımlar atmasına şərait yaratmalıyıq".

Tədbirdə qeyd olunub ki, hər iki ölkənin iqtisadiyyatının inkişafında təşkil olunan formların çox böyük rolu var. Bu sahədə inkişaf isə yalnız birlik çərçivəsində mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə