Bu gün yağış yağacaq

Bu gün Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, duman, çiskin, axşamdan başlayaraq yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Ölkəni dağlıq ərazilərində yağıntıların sulu qara, qara keçəcəyi ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə