"Ehtiyatımızda 2 trilyon 650 milyard kub-metr qaz var”

Natiq Əliyev: "Azərbaycanın neft sektoruna 45 milyard dollar sərmayə qoyulub”
"Ehtiyatımızda 2 trilyon 650 milyard kub-metr qaz var”

"İndiyədək xarici şirkətlər tərəfindən Azərbaycanın neft sektoruna 45 milyard dollar sərmayə qoyulub". SİA-nın məlumatına görə, bunu sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazir deyib ki, Azərbaycan müstəqillik qazandıqdan bəri neft 5,5, qaz hasilatı isə 4 dəfə artıb. Onun sözlərinə görə, bu da dünyada ən yüksək göstəricilərindən biridir: "Hazırda Azərbaycanda ildə 45 milyon ton neft, 26 mlrd kub metr qaz hasil olunur. Ölkədə hasil olmayan 2 trilyon 650 milyard kub-metr qaz ehtiyatı var".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə