"İnternetə çıxışın sürəti artacaq"

"İnternetə çıxışın sürəti artacaq"

Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi internetə çıxışı təqribən 85 faizədək artıracaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Layihənin uğurla həyata keçirilməsi istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətini artırmağa imkan verəcək. İnternetə çıxışın sürəti saniyədə 10-100 meqabit arasında dəyişəcək", - nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə