Çinin neftdən asılılığı artır

Birinci Çin Beynəlxalq Neft Ticarəti Konfransı sona çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şanxayda keçirilən konfransda çıxış edən Çin Dövlət İnkişaf və İslahat Komitəsinin Enerji Araşdırma İnistitunun rəhbəri Qao Şixian bildirib ki, Çinin neftə olan tələbatı getdikcə xaricdən asıl vəziyyətə düşür. Çinin neftə olan tələbatı gələn il daha da artacaq və xaricdən asılılıq gələn ilə 60 % təşkil edəcək. Bu rəqəm 2011-ci ildə 56.5 % həddində idi.

Çin Beynəlxalq Neft Şirkətinin prezidentinin köməkçisi Yu Baocai konfransdakı çıxışında bildirib ki, Çinin 2011-ci ildəki neftə olan tələbatı 460 milyon ton çatıb. Bu göstərici ilə Çin dünyanın ikinci neft istehlakçısına çevrilib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə