Bu gün Bakcell "BakuTel-2012" sərgisində yeniliklərini təqdim edib. Üç stenddən ibarət sərgidə "Bakcell"in baş icraçı direktoru Riçard Şirer də iştirak edib. Tədbirdə şirkətin yeni məhsulları haqqında mediya numayəndələrinə məlumat verilib.
Riçard Şirer "Bakcell"-in bu ilki sərgiyə bir çox yeni məhsullarla qatıldığını bildirib: "Bu sərgidə şirkətimiz üç stendlə iştirak edir. Bakcell bir çox sahələrdə neçə illər ərzində yətərincə yol qət edib. Hazırda biz texniki potensialı artırmaq üçün yeni investisiya qoyuluşlarını həyata keçirməyə çalışırıq. Bu investisiya qoyuluşları da göstərir ki, biz digər mobil operatorlar içərisində mobil şəbəkədə məlumatın ötürülməsi baxımından liderik".
Sonda baş icraçı direktor jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB