Bu gün Gəncə şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə gənclər üçün treninqlər təşkil edilib. "Öz biznes ideyanı yarat və öz biznesinə başla" mövzusunda keçirilən treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, 3 saylı peşə litseyinin əməkdaşları və bu texniki peşə məktəbində təhsil alan gənclər iştirak edib.
Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB