İsmət Abasov nədən narazıdır?

"Hazırda məhsuldarlıq tələb olunan səviyyədə deyil". SİA-nın xəbərinə görə, bunu açıqlamasında kənd təsərüfatı naziri İsmət Abasov deyib. Onun sözlərinə görə, heyvanların baş sayı qane olunan vəziyyətdə olsa da, məhsuldarlıq təlabatı tam ödəmir.

İsmət Abasov deyib ki, hər bir iri buynuzlu heyvan gündə 4 litr süd verir. Bu çox aşağı rəqəmdir. Bu səbəbdən də ölkə başçısı hər il prezidentin Ehtiyyat Fondundan kifayət qədər vəsait ayırır ki, nazirlik heyvanların cins tərkibini daha da təkmilləşdirsin: "Hər ilin payız və qış aylarında ölkəmizə damazlıq heyvanlar gətirilir. Ümumulikdə bu ilə qədər Azərbaycana beş mindən yuxarı damazlıq heyvan idxal olunub. Təxminən ölkəyə 1200-1230 damazlıq heyvan gətiriləcək".

Nazir ölkəyə xaricdən gətirilən cins heyvanların Azərbaycanda hava şəraitinə uyğunlaşması ilə bağlı məlumat verib: "Tam məsuliyyətlə deyirəm, ilk illərdə ölkəyə gətirilən heyvanlar fermerlərə lizinq yolu ilə verilib. Yoxlamalardan sonra məlum oldu ki, bəzi fermerlərin bu heyvanları saxlamağa şəraitləri yoxdur. Təssüflər olsun, ilk illərdə bir neçə baş heyvan tələf oldu. İndi heyvanların ölkəyə gətirilməsi İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə, layihələr əsasında həyata keçirilir. Hazırda Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində iri heyvandarlıq, südçülük kompleksləri tikilir. Biz sahibkarların sifarişi əsasında heyvanlar gətirərək lizinq yolu ilə onlara veririk".

Bütün xəbərlər Facebook səhifəmizdə