Google axtarış sisteminin sahibi olan Google Inc şirkətinin səhmlərinin dəyəri 8 % azalıb. SİA-nın məlumatına görə, bu, şirkət tərəfindən sentyabrın 30-da başa çatan cari ilin III maliyyə rübünə dair hesabat dərc edildikdən sonra baş verib.
Maliyyə hesabatı planlaşdırıldığından bir neçə saat əvvəl yayılıb. Belə ki, hesabatın hərraclar başa çatdıqdan sonra dərc ediləcəyi gözlənilsə də, səhvən əvvəlcədən açıqlanıb. Hesabata əsasən, üçüncü rübdə Google-un mənfəəti 2,18 milyard dollar təşkil edib ki, bu da 2011-ci ilin həmin dövründə qeydə alınan nəticədən 550 milyon dollar azdır.
Cari ilin ötən rübündə Google-un xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq 2,79 milyard dollara çatıb. Hesabat dərc edildikdən sonra şirkətin səhmlərinin qiyməti kəskin azalıb. Birjada keçirilən hərraclar başa çatan zaman qiymətli kağızların dəyəri 695 dollara çataraq 8 faiz azalıb. Şirkətdən verilən məlumata görə, dərc edilən sənəd hesabatın layihəsi olub və tamamlanan zaman Google-un səhmlərinin hərracı Nasdaq birjasında başa çatmışdı. Sənədin vaxtından əvvəl dərc edilməsinin səbəbləri barədə şərh verilmir. Bununla belə, oktyabrın əvvəlinə olan məlumata görə, 2012-ci ilin yanvarından Google-un səhmlərinin dəyəri 18 faiz yüksəlib, şirkətin qiyməti isə son beş il ərzində 34 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB