Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya İqtisadiyyatının İnkişaf Paradiqması: Bazar və Sonrası" mövzusunda Avrasiya Sosial Elmlər Forumu keçirilib. SİA-nın məlumatına görə, forumda 7 ölkədən 100-dən çox məruzəçi iştirak edib.
Forumun əsas məqsədi dünyada baş verən əsas iqtisadi və sosial problemləri müzakirə etmək, iqtisadiyyat sahəsindən olan elm adamlarının bu mövzuda olan məruzələrini dinləmək və yeni layihələri ilə tanış olmaq olub.
Tədbirdə Fəxri Komitədən Hacettepe Universitetinin rektoru Murat Tuncer, Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri Osman Horata, Qırğızıstan-Türkiyə MANAS Universitetinin rektoru Səbahaddin Balcı o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev iştirak edirdi.
Xatırladaq ki, forum oktyabrın 21-i başa çatacaq.
Xanım Nağıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB