Sement saxtakarlığı...

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə Ramin Qənbərova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-R" adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2% göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilib.

Bundan başqa, satışda olan "Qaradağ-AND" adlı M-400 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, faktiki çəkilərinin isə etiket göstəricisindən 5-10% az olduğu aşkarlanıb.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə