İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında istifadəyə yararsız ərzaq məhsulları ilə bağlı yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Yasamal rayonunda H.Zərdabi prospekti, ev 55, mənzil 119 ünvanında yerləşən "Qardaşlar market"də, Nərimanov rayonunda Ş.Mustafayev küçəsi, ev 54 ünvanındakı "555 market"də saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Yasamal rayonunda S.Dadaşov küçəsi, ev 90, mənzil 3 ünvanında yerləşən "AMA market"də, Şərifzadə küçəsi, ev 125A ünvanındakı "Vüqar market"də, Talıblı küçəsi ilə Bünyadzadə küçəsinin kəsişməsində yerləşən "Çinar market"də, Nərimanov rayonunda C.Hacıbəyli küçəsi, 22 ünvanında yerləşən "Prestij market"də, Əhmədbəy Ağaoğlu küçəsi, ev 9 ünvanındakı "Natiq market"də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.
Göygöl rayonunda Üçtəpə kəndində Raməddin Abbasova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilib.
Göyçay rayonunda H.Əliyev prospektində Pərviz Məmmədova məxsus mağazada, Masallı rayonunda Ərkivan qəsəbəsində Zöhrab Cəfərova məxsus mağazalarda, Qusar şəhərində Qalacıq kəndində Zülfiyə Qayıbxanovaya məxsus mağazada, Göygöl rayonunda Üçtəpə kəndində Səfurə Əliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.
Ümumilikdə, monitorinqlər zamanı 150 kq yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB