Xaricdə təhsil almışlar üçün keçiriləcək yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq
Oktyabrın 20-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək. Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB