Türkiyənin 25 000 tirajla çap edilən "Ticarət və Siyasət" jurnalı Azərbaycandan geniş bəhs edib. SİA-nın xəbərinə görə, yazıda qeyd olunur ki, Xəzər Strateji İnstitutu Azərbaycanın Türkiyəyə yatıracağı investisiyaların təqdimatı ilə bağlı iclas keçirib. Azərbaycanın səlahiyyətli şəxsləri Türkiyə ilə əlaqələrin daha da möhkəmlənməsi üçün yatırılacaq investisiyalardan danışıb. Qafqazın Dubayı olmaq üçün hərəkətə keçən Azərbaycan qlobal iqtisadiyyatın yeni ulduzu olan Türkiyə ilə də əlaqələrini genişləndirmək istəyir. Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi ilə energetika sahəsində hegemonluğunu TANAP Kəməri ilə gücləndirməyi hədəfləyən Azərbaycan Türkiyədə alternativ investisiyalarla bu istiqamətdə işlər görür. Ölkənin kassası olaraq tanınan 32.7 milyard dollarla dünyanın ən böyük 23-cü ictimai fondu olan SOFAZ daşınmaz əmlak investisiyaları üçün Türkiyədə çalışmalara başladı.
Daşınmaz əmlak 150 milyon dollar
Azərbaycan Energetika şirkəti Socar’ın investisiya fondu olan SOFAZ Türkiyədə 150 milyon dollarlıq investisiya qoymağa hazırlaşır.
SOFAZ İnvestisiya Fondu Müdir Köməkçisi İsrafil Məmmədov "Fondlarını investisiya bazarının xaricində olan digər sahələrə də yatırma qərarı verdiklərini bildirərək bu çərçivədə Türkiyədə də investisiya axtarışında olduqlarını dedi. İ.Məmmədov həmçinin qeyd etdi ki, "Bu il verdiyimiz qərar çərçivəsində fondun 80/100%ni boni və poliçelərə ayırmışıq. Qalan miqdarın 5/100%i ilə qızıl, 5/
100% hissə sənədi və qalan 5/100%i ilə ticari daşınmaz əmlakın alınması nəzərdə tutulur. Böyük şəhərlərdə isə ofis binaları alınacaqdır. İstanbul bizim üçün çox əhəmiyyətli şəhərdir. İstanbulda 150 milyon dollarlıq daşınmaz əmlak alışı edəcəyik. Uzunmüddətli İcarə müqaviləsinə sahib olan ofis binalarına üstünlük veriləcək. Türk firmaları ilə artıq danışıqlara başladığını bildirib. İ.Məmmədov Türkiyədəki əmlak portfellərini artırmaq niyyətində olduqlarını bildirərək İstanbul Maliyyə Mərkəzi Layihəsinin də alternativ investisiya ola biləcəyini də qeyd edib.
Bu layihəyə maneə ola bilməzlər
Xəzər Strateji İnstitutunun dəvəti ilə Bakıya gələn bir qrup Türk jurnalistini qəbul edən Natiq Əliyev Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyan TANAP KƏMƏRİ Layihəsi ilə bağlı Rusiyanın mövqeyini dəyərləndirib. Nazir N.Əliyev "Layihənin heç kimi narahat edəcək tərəfi yoxdur. Heç bir dövlət bu layihəyə mane ola bilməz" deyib. Digər dövlətlərin Layihə ilə bağlı mənfi mövqedə olmasının əsassız olduğunu vurğulayaraq Nazir Əliyev söyləyib: "Biz Türkiyə və Azərbaycan olaraq bu layihəni həyata keçirəcəyik və heç kimdən də heç nə istəmirik. Bu layihədə narahatçılığa səbəb olacaq heç bir şey yoxdur. BOTAŞ orda SOCAR burda.
Amma şirkətlər bu layihədə iştirak edə bilərlər. İştirak edənlər də var. Biz bunu müsbət qarşılayırıq. Nəticədə şirkətlər arasında nə qədər güclü əməkdaşlıq olarsa şirkətin o qədər də güclü strukturu olar. Heç bir dövlət buna maneə ola bilməz.
17 milyard dollarlıq investisiya
Nazir Natiq Əliyev Türkiyənin artan təbii qaz ehtiyacını 6 milyard m3 (kubmetr) təmin edən layihə ilə ilkin mərhələdə Avropaya da 10 milyard m3 (kubmetr) qazın satılacağını bildirərək bu fəaliyyəti ilə TANAP KƏMƏRİ’nin Nabucco’ya alternativ deyil ona uyğun layihə olduğunu bildirib. Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ilin sonuna qədər Petkim və TANAP Kəməri layihəsi ilə birlikdə 17 milyard dollarlıq investisiya yatıracağını bildirərək "Bu rəqəm Türkiyədəki ən böyük birbaşa investisiya miqdarıdır", - deyib.
Potansialı CSI kimi araşdırılacaq
Xəzər Strateji İnstitutu Akademiya və Araşdırmalar Müdiri Əfqan Niftiyev düşüncə qurumu olan Xəzər Strateji İnstitutunun (Caspian Strategy İnstitute-CSI), Xəzər bölgəsində sərbəst araşdırmalar aparmaq və strateji məsləhətlər vermək kimi missiya əsasında qurulduğunu deyib. Quruluşun İngilis dilində adının qısaltmasının, televiziyadakı serial ilə eynilik təşkil etməsi diqqət çəkir. Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əməkdaşlığın hələ də istənilən səviyyədə olmadığını qeyd edən Niftiyev "İnstitutun sosial,
mədəni, iqtisadi və siyasi əlaqələrinin inkişafını təmin etmək üçün bölgə potensialının gün işığına çıxardılması üçün əlimizdən gələni edəcəyik. İnstitut Lotus Energetika, Akfel Group, Rixos Hotels, Socar Türkiyə və Naksan Holdinq tərəfindən də dəstəklənir" deyə bildirib.
XƏZƏR STRATEJİ İNSTİTUTU
İstanbul mərkəzli qazanc məqsədi güdməyən düşüncə quruluşu olan Xəzər Strateji İnstitutu yüksək keyfiyyətdə, sərbəst araşdırmalar aparmaq və Xəzər Bölgəsi ilə bağlı yenilikçi, strateji məsləhətlər vermək missiyası daşıyır. Energetika, enerji təhlükəsizliyi və çatdırılma kimi məsələləri ön plana çəkən institut Türkiyə və dünyanın qabaqcıl düşüncə quruluşlarından biri olmağı hədəfləyir. Bununla bağlı yayım, konfrans, seminar, təlim və atelye fəaliyyətlərindən ibarət dinamik proqramlar izləyərək müzakirə və araşdırmaları təşviq edən HASEN (hasen.org.tr) eyni zamanda ictimai şüurun inkişafına dair işlər həyata keçirir. Xəzər bölgələrinə investisiya qoyan Türk firmaları ilə bölgə ölkələrindən Türkiyəyə investisiya qoyan firmaların dəstəklərinə istinadən hərəkət edən Xəzər Strateji İnstitutu Xəzər bölgəsinin investisiya tutumunun Türkiyədə diqqət çəkməsi ilə yanaşı Türkiyədəki investisiya və əməkdaşlıq imkanlarının da xəzər bölgəsində olan investorlara bildirməyi də hədəfləyir.
Rəqəmlərlə TANAP kəməri
İnvestisiya məbləği 7 milyard dollar
Boru xəttinin inşaat işləri 2015-ci ildə başlayacaqdır.
Başlanğıc nöqtəsi: Şahdəniz II sahəsi
Türkiyəyə giriş nöqtəsi: Türkgözü (Ardahan)
Avropa çıxış nöqtəsi: Bolqarıstan, Yunanıstan
İlk qaz 2018-ci ildə dünya bazarına çıxardılacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Ceyhun Osmanlı İstanbulda yerləşən Xəzər Strateji İnstitutunun Azərbaycan üzrə təmsilçisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB