Bahalaşma baş verdi

Oktyabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,82 dollar və ya 0,9% artaraq 1 barelə görə 92,07 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, oktyabrın 11-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,38 dollar və ya 1,2% artaraq 115,71 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə