Bu gün Özbəkistan Respublikasının baş nazirinin müavini Uluqbek Rozukulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. SİA-nın xəbərinə görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Bakıda Azərbaycan-Özbəkistan Biznes Forumu keçiriləcək.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, ağır sənaye, tekstil, tikinti materialları və kənd təsərrüfatı texnikasının istehsalı və digər sektorları təmsil edən Özbəkistan iş adamları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB