Türkiyənin energtika və təbii ehtiyatlar naziri Tanər Yıldız bir həftə ərzində İrandan gələn təbii qazın idxalı bərpa ediləcəyini söyləyib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, nazir bu həftənin əvvəlində iki ölkə arasındakı qaz kəmərinin partladılması nəticəsində "mavi yanacağın" ötürülməsində fasilə yarandığını xatırladıb.
Qeyd edək ki, hazırda Türkiyə bu yanacağa olan ehtiyacını Azərbaycan, Rusiya və İrandan ixrac olunan təbii qazın, eləcə də Nigeriyadan aldığı maye qazın hesabına ödəyir. İranla Türkiyə arasında bağlanmış 25 illik müqaviləyə əsasən, İslam Respublikası bu ölkəyə ildə 10 milyard kub metr qaz ixrac etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB