8 yeni istiqamətdə xidmət göstəriləcək

8 yeni istiqamətdə xidmət göstəriləcək

"Bu günə qədər 112 min əmlak qeydə alınıb. Bu prosesi daha da sürətləndirmək məqsədilə ilin sonuna qədər Bakının 5 rayonunda Daşınmaz Əmlak Komitəsinin filialları açılacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni tikililərlə bağlı qanun Milli Məclisdə müzakirə olunur. Qanun qəbul olunduqdan sonra komitə onun icrasına başlayacaq. Həmçinin rəsmi bildirib ki, qeydiyyat prosesinin asanlaşması üçün komitə artıq müəyyən bir müddətdir ki, elektron xidmət göstərir. İlin sonuna qədər isə komitə daha 8 istiqamətdə xidmət göstərməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə