"Dövlət Neft Şirkəti Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsindəki 80%-lik iştirak payının 29%-ni bu layihədə tərəfdaşlıq etmək istədiyi şirkətlərə təklif edib. Bu, BP, "Statoyl" və "Total" şirkətləridir". SİA-nın məlumatına görə, bunu ARDNŞ-in prezident Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
ARDNŞ rəhbəri vurğulayıb ki, TANAP kəmərinin inşası layihəsi "Şahdəniz" layihəsinin davamı olsa da, ona bağlı deyil. Yəni, heç də "Şahdəniz"dəki bütün tərəfdaş şirkətlər TANAP-da iştirak etməyəcək.
Qeyd edək ki, TANAP layihəsi Türkiyənin şərqində qərbinə qədər qaz boru kəmərinin inşasını əhatə edir və Xəzər qazının Avropa bazarına çıxarılması üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB