"Kimsə "qızıl yumurta" gətirən toyuğu öldürməz"

"Kimsə "qızıl yumurta" gətirən toyuğu öldürməz"

"Dövlət Neft Şirkətinin layihələri heç bir vəzifə dəyişikliyindən asılı deyil. Gözləmirəm ki, bizim layihələrdə hər hansı bir dəyişiklik olsun. Biz Gürcüstanda ən böyük vergi ödəyicisiyik, burada ən böyük layihələri həyata keçiririk. İnanmıram ki, kimsə "qızıl yumurta" gətirən toyuğu öldürsün". SİA-nın məlumatına görə, bu fikirləri ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanda parlament seçkilərində müxalifətin qalib gəlməsinin ARDNŞ-ın layihələrinə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

R. Abdullayev onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) öz investisiya layihələrini beynəlxalq standartlara və fəaliyyət göstərdiyi ölkələrin qanunları əsasında həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə