İlk telekommunikasiya peykimiz hazırdır

İlk telekommunikasiya peykimiz hazırdır

"Azərbaycanın ilk telekommunikasiya peyki artıq test-sınaq mərhələsindədir". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, peyk hazırda yerüstü sınaqlar keçir: "Gələn ilin yanvar ayından onun orbitə buraxılmasını izləyəcəyik".

Bu ilin sonuna kimi mobil elektron imzaların verilməsinə başlanacaq deyən nazir müavini onu da əlavə edib ki, hazırda mobil elektron imzaların verilməsi üçün işlər aparılır, təkliflər hazırlanır: "Yeni platforma ilin sonunda istismara veriləcək ki, bu da elektron rəqəmli imzaların verilməsi prosedurunu sadələşdirməklə yanaşı, "elektron hökumət" portalı istifadəçilərinin dairəsini genişləndirməyə imkan verəcək".

Nazir müavini onu da qeyd edib ki, həm mobil operatorlarda, həm də məlumat hesablama mərkəzlərində zəruri avadanlıqlar quraşdırılacaq.

Nazirliyin məlumatına görə, elektron rəqəmli imzaların verilməsi mərkəzinin istismara verildiyi andan 28 struktura 2078 ERİ verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə