"Azerfon" yarandığı 21 mart 2007-ci ildən bu günə kimi 2 milyon 200 min abunəçiyə xidmət edir". SİA-nın məlumatına görə, bunu "Nar Mobile"-in baş ofisinin açılış mərasimində şirkətin baş direktoru Yurgen Pits bildirib.
Pitsin sözlərinə görə, "Nar Mobile" hökumətin kommunikasiya sahəsində apardığı işlərə öz tövhəsini verir: "Bizim keyfiyyətli xidmətlərimiz yüz minlərlə insanın "Nar mobile" seçməsi ilə nəticələnib. Biz son il ərzində şəbəkəmizin təkmilləşdirilməsi layihəsinə başladıq. Buna görə, 77 milyon manat vəsait xərclədik".
Sosial layihələrə də önəm verdiklərini bildirən Y.Pits qeyd edib ki, eşitmə qabiliyyətində problem olan 12 nəfər dörd ildir "Nar Mobile"-də çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB