İnvestorlar Türkiyənin Suriyaya hərbi müdaxiləsindən ehtiyatlanırlar
Ötən gün investorların Türkiyə və Suriya arasındakı gərginlikdən ehtiyyatlanması fonunda dünya bazarlarında neftin qiyməti kəskin artıb. RBK-ya istinadən verilən məlumata görə, Nyu-York birjasında WTI (Light Sweet) markalı neftin qiymətində 3,57 dollarlıq artım mühahidə olunub və bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 91,71 dollara çatıb.
InterContinental Exchange Futures Europe (ISE Futures Europe) elektron birjasında isə "Brent" neftinin bir bareli 4,41 dollar bahalaşıb və 112,58 dollara çatıb.
"Qara qızıl"ın qiyməti Türkiyə parlamentinin hökumətə Suriya ərazisində hərbi əməliyyatlar keçirməyə razılıq verməsindən sonra kəskin bahalaşıb. Bu qərar Suriya ərazisindən Türkiyəyə artileriya mərmilərinin atılmasına cavab addımı kimi qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB