Məlum olduğu kimi Nazirlər Kabineti 2012- ci il sentyabrın 24-də "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli qərarına dəyişiklik edib.
Dəyişikliklərə əsasən buğda və meslin, buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunur. Təbii ki, əlavə dəyər vergisinin ləğv olunması iqtisadiyyatın və sahibkarlığın inkişafına yeni imkanlar yaradacaq. Kənd təsərüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bizimlə söhbətində Nazirlər Kabinetinin qərarının ərzaq təhlükəsizliyinin təminatına müsbət təsirlər göstərəcəyini və buğdanın, eləcədə unun stabil qiymətdə qalmasına səbəb olacağını söyləyib.
Bildirib ki, İstehsal olunan məhsulun 1milyon 860 min tonu buğda təşkil edir. Keçən illə müqayisədə bu il, 200 min ton buğda istehsal olunub: "Respublika əhalisinin ərzaq buğdasına olan tələbatı 1,6 milyon təşkil edir. Belə çıxır ki, əhalinin ümumi daxili istehsal hesabına tələbat 80- 85 % ödənilir. Yerdə qalan 15 % isə idxal hesabına ödənilir. Eyni zamanda keçən illə müqayisədə bu il, buğda, un və digər məhsullara da tələbat artıb. Belə ki, yaxın gələcəkdə qarşıda duran əsas məsələlərdən biri də respublika əhalisinin ərzaq buğdasına olan tələbatını daxili istehsal hesabına ödəməkdən ibarətdir. Bu tək əkin sahəsinin atırılması hesabına yox, hektardan məhsuldarlığın artırılmasına, yəni taxılçılığın intensiv yolla inkişafıyla bağlı olmalıdır. Belə ki, yaxın gələcəkdə hektardan məhsuldarlıq 30-35 sentinerə çatarsa deməli, bu da respublika əhalisinin ərzaq buğdasına olan tələbatını tam daxil istehsal hesabına ödəyəcəkdir".
M.Hacıyevin sözlərinə görə, ölkəmizdə əhalinin buğda və una olan təlabatının 85% daxili istehsal hesabına ödənilir. Azərbaycan öz ehtiyatını təmin etmək üçün kollektivləşmə sistemindən istifadə etməsi yaxşı olardı. Lakin bu proses könüllü şəkildə həyata keçirilən bir proses olmalıdır. Ölkə rəhbərliyi tərəfindən əhalinin ərzaq məhsullarının etibarlı təminatına dair dövlət proqramı imzalanmışdır. Bu proqramda isə əsas hədəflər müəyyənləşdirilmişdir. Qarşıda duran əsas məsələ ərzaq məhsullarına olan tələbat daxili istehsal hesabına ödəməkdir. Xüsusilə qeyd edim ki, artıq bir sıra sahələrədə Azərbaycan özünü ərzaqla təmin edir. Məsələn kartof ikinci çörək hesab olunur. Respublika əhalisinin kartofa olan tələbatını 400 min ton götürsək, respublikada 1 milyon tona yaxın kartof istehsal edilir. Belə ki, respublika əhalisinin tələbatından 2 dəfə çox kartof istehsal olunur. Belə ki, Azərbaycanda 6-7 ton miqdar məhsul alan fermerlər var. Azərbaycana digər xarici ölkələrdən əsasən də Qazaxıstan və Rusiyadan buğda və un gətirilir Hazırda orta məhsuldarlıq isə nazirliyi qane etmir. Yaxın gələcəkdə orta məhsuldarlıq hektardan 30- 35 sentiner təşkil edəcək və bununlada daxili ehtiyacları tam ödəmək mümkün olacaq .
Ruqiyyə Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB