Neft yenidən bahalaşıb

Sentyabrın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 1,87 dollar və ya 2,1% artaraq 1 barelə görə 91,85 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 27-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,97 dollar və ya 1,8% artaraq 112,01 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə